Zabitin meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Zabitin meyiti tapıldı

İki gün əvvəl su kanalında batan zabitin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, 1990-сı il təvəllüdlü Bəxtiyar Fazil oğlu Sevdimalıyev Mil-Muğan kollektorunun Salyan rayonu, Qızılağac kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 35 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

B. Sevdimalıyevin cəsədi batdığı yerdən təxminən 5000 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb. Əməliyyat bu gün səhər saatlarında başa çatıb.

Qeyd edək ki, leytenant B. Sevdimalıyev Dövlət Sərhəd Xidmətinin zabitidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm