Reklamlarda Azərbaycan dilinin normaları pozulur
Bizi izləyin

Qırmızı.az

Reklamlarda Azərbaycan dilinin normaları pozulur

Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemlərinin ictimai müzakirəsi” adlı layihəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçilən layihə çərçivəsində iyunun 6-da Sumqayıt şəhər 28 May Mədəniyyət evində “Reklam biznesi, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda növbəti ictimai müzakirə keçirilib.

Tədbiri layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov açaraq Bakı şəhərində, o cümlədən KİV-də yer alan reklam mətnləri, tərcümə və dublyajla bağlı aparılan monitorinqin nəticələri barədə məlumat verib.

Layhə rəhbərinin sözlərinə görə, hazırda reklamların ədəbi-bədii və estetik səviyyəsi dünya standatlarırndan xeyli aşağıdır:

“Respublikada reklam agentliklərinin az sayda olması və fəaliyyətdə olanların da peşəkarlıq baxımından zəif olması reklam buznesində ciddi problemərin yaranmasına gətirib çıxardıb. Televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnlərində rast gəlinən söz və ifadələr, həmçinin cümlələr dilimizin qaydalarına qəti şəkildə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə başa düşülmür.

"Vaniş inadcıl ləkələri də təmizləyir", "Baunti"- cənnət həzzidir", "İstər yerdə, istər göydə, onsuz da qayıdacaqsan" kimi reklam mətnləri qrammatik baxımdan xeyli qüsurludur, "Həzz anları gününün əla başlanğıcı", "Əldə olunan nəticə 5 dəfə iridir" və s. kimi reklamlar da bir o qədər anlaşılmazdır.

Daha bir nümunə, məsələn, metrolarda vaqonların diqqəti cəlb edəcək yerlərində belə bir elan yapışdırılmışdı: "Ağıllı, yaraşıqlı, ailəcanlı həyat yoldaşı? Bunun üçün bəzən 4 dəfə ərə getməli olursan". Ünvanı da açıq-aydın yazılıb, dağa-daşa düşmək lazım deyil, "Qadınklubu.az" saytı.

Telekanalların birində isə şokaladı reklam edən rolikdə 4 yaşlı balaca Leylanın arzusu belə ifadə olunub: "Leyla bu dünyaya gələndə bir arzusu vardı, ərə getmək"”.

X.Əhmədov qeyd edib ki, monitorinqin nəticələrinə görə, Bakı şəhərinin küçələrindəki reklam lövhələrində yer alımış reklamların əksəriyyəti xarici dillərdən tərcümə edilib və bu tərcümələrin keyfiyyəti normal səviyyədə deyil. Eyni zamanda, bu halın özü yolverilməzdir, dilimizə xələl gətirir.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən Milli Elmlər Akademiyasının əməkdaşı Mirzə Ənsərli bildirib ki, əksər reklam mətnlərinin Azərbaycan dilinə və azərbaycanlının düçüncə tərzinə çox az dəxli olduğunu inkar etmək olmaz. Məsələn, Bakı şəhərinin əksər yerlərində malları reklam edilən MR.Fix şirkətinin satdığı tikinti materiallarını təbliğ edən bir mətnə nəzər yetirək:

“PEŞƏKARLARA PEŞƏKAR MƏHSULLAR”. Çox güman ki, bu reklamın mətni həmin şirkətn tərəfadşı olan xarici biznes qurumunda xarici dildə hazırlanıb. Lakin kalka üsulu ilə, yəni mexaniki şəkildə, sırf hərfi qaydada təcümə edilmiş mətn istehlakçıya təqdim edilən mal barədə, sadəcə, bərbad təsəvvür yaradır və yaxud heç bir təəssürat yaratmaq gücündə deyil. Və yaxud “Bizim tarla” brendi ilə alıcılara təklif edilən əmtəə barədə reklamın mətni: “ETİBARIMIZ ADIMIZDIR. HƏYATINIZA MÖCÜZƏ QATIN”, eləcə də, “Çiko” brendi ilə reklam edilən qida məhsuluna dair reklamın mətninə diqqət yetirək: “LƏZZƏTİ KEYFİYYƏTİNDƏDİR”. Göründüyü kimi, yuxarıdakı reklam mətnlərində Azərbaycan dilinin elementar normalarına riayət edilməmiş və kobud leksik-semantik təhriflərə yol verilmişdir.

M.Ənsərlinin fikrincə, reklam mətnlərində buraxılmış bu ciddi qüsurlar, birinci növbədə, reklamı hazırlayanların Azərbaycan dilininin incəliklərini yaxşı mənimsəyə bilməmlərindən irəli gəlir : “Yoxsa növbəti reklam mətninin əcaib məna üslubunu necə izah etmək olar? “YAPIKREDİTDƏN HƏR EHTYACA KREDİT”. Küçə, metro, avtobuslarda yazılan reklamlarda xarici dil üstünlük təşkil edir. “Dil haqqqında qanun”a əsasən isə reklamlarda xarici dildə yazılan sözlər Azərbaycan dilindəkilərdən daha kiçik olmalıdır. Ancaq biz əksini müşahidə edirik. Bəzən hətta xarici sözlərin ana dilində qarşılığı verilmir. Tərcümə olunan reklamlarda isə tərcümənin keyfiyyəti heç də ürəkaçan olmur. Orijinaldakı loqonun olduğu kimi saxlanılmasına çalışdıqları üçün bəzən tərcümə eyni təsiri yaratmır”.

MİHİ Qubadlı rayon komitəsinin sədri Əmrah Hüseynov öz çıxışında qeyd edib ki, bədii tərcümələr içində yüksək səviyyəli, peşəkarcasına həyata keçirilmiş tərcümələr yox deyil. Lakin təəssüflər olsun ki, son illərdə yazıb-yaratmqda olan ədəbi gəncliyin Azərbaycan dilinə və ümumən Azərbaycan oxucusuna qarşı nümayiş etdirdiyi ədəbi sayğısızlıq bədii tərcümə materiallarında da təzahür edir.

“Hiss edilir ki, tərcüməçilər tərcümə etdikləri əsərləri orijinalda azdan-çoxdan başa düşsələr də, Azərbaycan dilinin incəliklərinə bələd deyillər. Daha konkret şəkildə desək, onlar sadəcə, Azərbaycan dilini yaxşı bilmirlər”-deyə o, bildirib.

Tədbir iştirakçısı olan digər çıxışçılar da xarici dillərdən edilmiş tərcümələrin, dublyaj mətnlərinin ədəbi mühitə rəngarənglik gətirməsiylə bərabər, həm də Azərbacan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında mühüm rol oynaya biləcəyini bildirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm