Bakıda yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub mülayim küləyi ələ əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 11-də Azərbaycanın bölgələrində şimal və qərb rayonlarından başlayaraq, şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm