Qırmızı.az
18 rayonun şagirdləri imtahan verəcək
İyunun 13-də respublikanın bir sıra şəhər və rayonları – Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.
Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 3-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Şagirdlər imtahana "İmtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti
təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları
(16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət
vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini,
vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə
vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların
ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı 2014-cü il aprelin
30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil
müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
gətirməlidirlər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə
yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30
dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət