PA rəsmisi: "Azərbaycan erməni xalqını Yerevandakı rejimin yalanlarından xilas edəcək"
Bizi izləyin

Qırmızı.az

PA rəsmisi: "Azərbaycan erməni xalqını Yerevandakı rejimin yalanlarından xilas edəcək"

Azərbaycan erməni xalqını Yerevandakı rejimin ona sırıdığı yalanlardan xilas edəcək.

Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Bakıda keçirilən "İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi" mövzusunda keçirilən beynəlxalq konfransda bəyan edib.

O, qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya verir: "Ermənistan rejiminin cinayətlərindən biri də yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamağa çalışmasıdır. İş o yerə çatıb ki, hətta erməni mənşəli xarici alimlər belə şikayətlənirlər ki, rəsmi Yerevan onların öz tarixlərini araşdırmasına imkan vermir".

Sektor müdirinin sözlərinə görə, bununla bağlı artıq onun "Saxtakarlıqları ifşa edənlər" kitabının iki cildi çapdan çıxıb, hazırda üçüncü cild üzərində iş gedir. Eyni zamanda, bu mövzuda daha bir sənədli film hazırlanır.

F.Axundov deyib ki, mayın 28-də Azərbaycan özünün Respublika Gününü qeyd edərkən Ermənistanda Azərbaycan əleyhinə iki film nümayiş etdirilib. Bu, Ermənistanın Mədəniyyət Nazirliyi və Yerevan şəhər meriyasının dəstəyi ilə çəkilmiş "Tarixin saxtalaşdırılması: Azərbaycan" və "Romadan qədim şəhər" adlı filmlərdir. Həmin filmlər Prezident İlham Əliyevin hazırkı Ermənistan Respublikasının əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına özünəməxsus cavab cəhdidir: "İrəvan şəhərinin guya hələ İrəvan qalası tikilməzdən əvvəl mövcud olmasını sübut etmək məqsədilə erməni saxtakarları filmdə 14-15-ci əsrlərə aid pul sikkələri nümayiş etdirir və iddia edirlər ki, onlar İrəvanda hazırlanıb. Lakin apardığımız araşdırma zamanı müəyyən olunub ki, Şirvanşahlar dövlətinə aid bu sikkənin üzərində İrəvan deyil, İran Kürdüstanında yerləşən Marivan şəhərinin adı qeyd olunub".

PA rəsmisinin sözlərinə görə, bu, çoxsaylı saxtakarlıq faktlarından yalnız biridir və təkcə adıçəkilən erməni filmlərində belə uydurmalar kifayət qədərdir.

F. Axundov hesab edir ki, erməni tərəfinin belə davranmasının səbəbləri məlumdur. Onlar sonradan ermənilərin məskunlaşdırıldığı bütün ərazilərdən Azərbaycan sivilizasiyasının izlərini silməyə çalışır. Eyni aqibəti hazırkı Ermənistan ərazisində və işğal altında olan Azərbaycan torpaqlarında yerləşən alban xristian abidələri də yaşayır və bunun bariz nümunəsi Qanzasar monastır kompleksidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm