Qənirə Paşayeva macarlarla ön cəbhədə
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva macarlarla ön cəbhədə

Macarıstan nümayəndə heyəti ön cəbhədə olub və hər zaman Azərbaycanın yanındayıq deyiblər.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Vəqfinin nümayəndələri və Macarıstanın aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti Tovuz rayonu istiqamətində ön cəbhəyə səfər ediblər. Macarıstan nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva və Tovuz rayon icra hakimiyyəti rəsmilərinin müşayiəti ilə ilk öncə Tovuz rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə baş çəkib. Onlara qala divarlarında əks olunan Azərbaycanın tarixi və müasir xəritələri ilə bağlı məlumat verilib. Bəzi imperiyalar, ölkələr və güclər tərəfindən Azərbaycan xalqının və torpaqlarının son 2 əsrdə başına gətirilən müsibətlər, 2 yerə bölünmələr, işğallar, zorla alınaraq torpaqlarımizin Ermənistana verilməsi, onlara bizim torpaqlarımız hesabına dövlət yaradılması kimi tarixi faktları özündə əks etdirən müqayisəli 3 xəritə və orada öz əksini tapan tarixi gerçəkliklər barədə qonaqlara geniş məlumatlar verilib. Daha sonra qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən ön cəbhə nöqtələrində, kəndlərində olublar. Burada Macarıstan nümayəndə heyətinə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib. Ön cəbhədə ilk dəfə olan Macarıstan nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb. Macarıstan nümayəndə heyətinin adından Macar Turan Vəqfinin rəhbəri Andras Biro və nümayəndə heyəti üzvləri bildiriblər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir , Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanması faktını, 1 milyon qaçqın və məcburi köçkünün öz evlərinə dönə bilməməsi faktını pisləyir, bu həqiqətlərin həm Macarıstanda, həm də Avropada daha geniş yayılmasında əllərindən gələn dəstəyi göstərəcəkdir. Qarabağ problemində hər zaman Azərbaycanın, ədalətin yanındayıq və olacağıq deyən Macarıstan nümayəndə heyəti yerli sakinlərlə də söhbət ediblər. Səfər çərçivəsində Macarıstan nümayəndə heyəti Tovuz rayonunda Şəhidlər Xiyabanını, tarixi-mədəni yerləri, abidədləri ilə də geniş tanış olublar, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla, rayon ziyalıları ilə görüşlər keçirib və bu səfərin onların həyatında önəmli iz buraxacağını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm