11 mindən artıq işsiz işlə təmin olunub
Bizi izləyin

Qırmızı.az

11 mindən artıq işsiz işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 11 010 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin edilib. Bu dövrdə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 493 nəfər təşkil edib.

Eyni zamanda, DMX-nin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən cari ilin yanvar-may aylarında 1298 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib. Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul edilərək müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm