Hollandiya səfirliyindən Azərbaycandakı geylərə dəstək
Bizi izləyin

Qırmızı.az

Hollandiya səfirliyindən Azərbaycandakı geylərə dəstək

Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Atilla(Cavid) Nəbiyev Niderland Krallığının Azərbaycandakı səfirinin müavini Özlem Canel ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Özlem Canel son günlər Azərbaycanda müşahidə olunan intihar hadisələrindən, əsasəndə Azad LGBT Azərbaycan təşkilatının rəhbəri Şahmarlı İsanın vəfatı xəbərindən üzüldüyünü dilə gətirib. Görüş zamanı Azərbaycandakı LGBT hüquqlarının vəziyyəti barədə müzakirələr aparlıb. Təşkilat rəhbəri son zamanlar dayanmadan artan nifrət cinayətləri, onun baş vermə səbəbləri barədə məlumat verib. Atilla(Cavid) Nəbiyev bildirib ki, bu istiqamətdə kütləvi məlumatsızlığın və LGBT hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilikdə boşluqların olması nəticəsində cəmiyyətdə homofobia və onun qurbanları sürətlə artmaqdadır.

Öz növbəsində Özləm Canel bildirib ki: "Niderland Krallığı fərdi azadlığa önəm verir. LGBT hüquqlarının müdafiəsi Niderland Krallığının insan haqları strategiyasinda önəmli yer tutur. Biz səfirlik olaraq sizin fəalliyətinizi dəstəkləyirik və sizin digər beynəlxalq hüquq təşkilatları ilə əməkdaşlıq qurmağınızda sizə yardımçı olacağıq.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm