Astarada yeniyetmə bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Astarada yeniyetmə bıçaqlandı

Astarada şəxsi münasibətlər zəminində iki yeniyetmə arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bu hadisə ötən gecə saatlarında Astara rayonunun Ərçivan qəsəbəsində baş verib.18 yaşlı Ümid Əlizadə evdən toya getmək adı ilə çıxıb və az sonra valideynləri onun bıçaqlanması xəbərini alıb.

Qarın boşluğundan xəsarət alan Ümid Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb.

Həkimlər yaralının vəziyyətini ağır stabil qiymətləndirir. Ailənin tək övladı olan yeniyetmənin hansı şəraitdə bıçaqlanmasının təfərrüatlarını isə istintaq araşdırır.

Hadisə qəsəbə sakini,16 yaşlı Məhəbbət Həmdəmov tərəfindən törədilib.

Həmdəmov Məhəbbətin tutulması üçün Astara rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Astara rayon polis şöbəsində cinayət işi başlanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm