Sabiq nazirə yeni vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Sabiq nazirə yeni vəzifə verildi

Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib.

Publika.az-ın məlumatına görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib. Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak edib.

2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

İyunun 7-də Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.

Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçilib.

Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb. Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları məbləğində vəsaitin 6 min dolları Türk dünyasının görkəmli riyaziyyatçı alimi kimi akademik Muxtarbay Otelbayevə, 2 min ABŞ dolları məbləğində II mükafat cəmiyyətin “Nəzəri və tətbiqi riyaziyyat “ jurnalının redaksiya heyətinə verilib.

Qalan 2 min ABŞ dollarının isə V konqresin Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara alınıb. Fərqli dillərdə riyaziyyat terminləri sözlüyünün hazırlanması üçün prof. Hasan Hilmi Hacısalihoğlunun rəhbərliyi ilə 4 nəfərdən ibarət Komissiya yaradılıb. Azərbaycandan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun professoru Məmməd Bayramoğlu həmin komissiyanın üzvü seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm