Həbsxanaya krem qabında telefon keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya krem qabında telefon keçirmək istədi

Bakı İstintaq Təcridxanasına krem qabında telefon keçirmək istəyən gənc qızın cəhdi baş tutmayıb.

Publika.az Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 317-2.1; 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş Oqtay Zəkiyevə nişanlısı Şöhlə Həsənlinin gətirdiyi sovqata baxış keçirilən zaman sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm