20 yaşlı oğlan kanalda boğuldu
Bizi izləyin

Qırmızı.az

20 yaşlı oğlan kanalda boğuldu

Samur-Dəvəçi kanalından meyit tapıldı.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1994-сü il təvəllüdlü Elvin Rəhman oğlu Əbdülrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 25 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. E. Əbdülrəhmanovun cəsədi batdığı yerdən, təxminən, 10 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm