Şəmkir korpusunun generalı yoxlamalardan DANIŞDI – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Şəmkir korpusunun generalı yoxlamalardan DANIŞDI – ÖZƏL

Şəmkir korpusunun generalı yoxlamalardan DANIŞDI - ÖZƏL

Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş komandan əvəzi, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsi komandirinin müavini, general-mayor Altay Mehdiyev sözügedən korpusda yoxlamalar aparılması və istefaya göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

General-mayor A.Mehdiyev Publika.az-a açıqlamasında deyib ki, hazırda o, Şəmkir Ordu Birləşməsi komandirinin müavini vəzifəsini icra edir:

“Heç yerə getməmişəm, hazırda Rövşən Əkbərovun müaviniyəm. Şəmkir korpusunda da heç bir yoxlama aparılmır. Hər şey tam qaydasında gedir. Yuxarıdan gəlib, baxıb gedirlər. Bu, yoxlama deyil. Sadəcə, bizə köməklik göstərirlər”.

Xatırladaq ki, AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusunda (Red: Şəmkir Ordu Birləşməsi) gözlənilmədən yoxlamalara başlanılıb.

Nazirliyin Baş İnspeksiyası tərəfindən aparılan yoxlamalar qoşun növünün bütün istiqamətləri – maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm