Qırmızı.az
Əhali pulsuz müayinə olunacaq
Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri Azərbaycanın regionlarında yaşayan əhaliyə pulsuz tibbi yardım göstərəcək. Trend-in məlumatına görə, bunu Mərkəzin baş həkimi Rauf Ağayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
R.Ağayev deyib ki, RDM regionlarda fəaliyyət göstərən tibb
müəssisələri ilə daim əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində
dəfələrlə yerlərdə əhaliyə konsultativ və müalicə-tibbi xidmət
göstərilib.
Mərkəzin yüksək ixtisaslı mütəxəssisləri tibb işçilərinin peşə
bayramı günü ərəfəsində - iyunun 14-də regional tibb ocaqları ilə
əməkdaşlıq çərçivəsində Şirvan şəhərindəki Müalicə Diaqnostika
Mərkəzinə ezam olunaraq yerli əhaliyə konsultativ tibbi xidmət
göstərəcəklər. Şirvan və ətraf rayonlarda (Hacıqabul, Salyan,
Sabirabad) yaşayan əhaliyə 7 tibb sahəsi üzrə xidmət göstəriləcək.
Formalaşan tibbi briqadanın tərkibinə baş həkim daxil olmaqla, 7
mütəxəssis - ginekoloq, pediatr, otolarinqoloq, kardioloq,
ürək-damar cərrahı, oftalmoloq, şüa diaqnostikası üzrə həkimlər
daxildir.
Mütəxəssislərin regionlara ezam olunmasının məqsədi yalnız yerlərdə
çalışan həkimlərlə əməkdaşlıq etmək, onlara metodik tövsiyələr
vermək və vətəndaşlara lazımi yardım etməkdir.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ