Azərbaycan təyyarələri Qarabağ səmasına qalxdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan təyyarələri Qarabağ səmasına qalxdı

Vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycanın hərbi təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyib.

Qeyd edək ki, yanvarın 24-də saat 06:00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm