• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yol qəzalarında 33 uşaq ölüb

Yol qəzalarında 33 uşaq ölüb

Bu ilin 5 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə 377 hadisə baş verib. Nəticədə 127 nəfər ölüb, 278 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu, ölkədə ümumən baş verən yol-nəqliyyat hadisələrinin 37,8%-ni təşkil edib.

Baş vermiş yol-nəqliyyat hadisələri zamanı 33 uşaq ölüb, 68 azyaşlı isə yaralanıb.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (Trend)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR