15 yaşlı uşağa 10 il iş verildi
Bizi izləyin

Qırmızı.az

15 yaşlı uşağa 10 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amanszılıqla adam öldürməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Anar Səlimovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, dekabrın 26-da Suraxanı rayonunda, “Aura” şadlıq sarayının yaxınlığındakı 9 mərtəbəli binanın qarşısında 15 yaşlı Anar Səlimov 24 yaşlı Nazim Həşimovu bıçaqlayaraq öldürüb. Öldürülən 24 yaşlı Nazim Həşimov binanın altında yerləşən internet klubdan cıxarkən 15 yaşlı Anar Səlimovla təsadüfən toqquşub. Mərhum yeniyetmənin ona yol verməməsinə irad tutub. Buna görə də onların arasında mübahisə olub.

Bu zaman Anar özündən böyük qardaşını cağıraraq Nazim Həşımovu döyüblər. Nazimin də öz qardaşına zəng etdiyini görən 15 yaşlı oğlan bıçaqla ona 3 zərbə endirib. Mərhum “Azərsutikinti” xəstəxanasına catdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Səlimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm