Gəncədə təbii fəlakət: Yaralılar var - YENİLƏNİB / FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəncədə təbii fəlakət: Yaralılar var - YENİLƏNİB / FOTOLAR

Gəncədə hal hazırda baş vermiş təbii fəlakət səbəbindən qaz və elektrik enerjisinin verilməsi dayandırılıb və şəhərin 80 faizində elektrik yoxdur. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev verib.

Elmar Vəliyev təbii fəlakət səbəbindən 27 əsas qaz kəmərində qəza baş verdiyini, bu səbəbdən şəhərdə təbii qazın verilməsində məhdudiyyətlər olduğunu bildirib. İcra başçısı həmçinin hadisə yerinə rayon Fövqəladə Hallar Komissiyasının cəlb olunduğunu, dəyən ziyanın hesablanması istiqamətindəı iş aparıldığını deyib.

Güclü küləyin Gəncədə bir çox evin dam örtüyünü də uçurduğu bildirilir. Bundan başqa daha çox maddi ziyana məruz qalmış evlərə də yardım göstərilə biləcəyi qeyd edilib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində şəhər sakinləri arasında xəsarət alanlar da olub. Məlumata görə, xəsarət alanlar arasında ildırım vurması, şəhər sakinin üzərinə ağac aşması, həmçinin damdan şifer düşməsi faktları qeydə alınıb. Yaralanmalar nəticəsində şəhər təcili yardım xidmətinə müraciət edənlərin sayında iki dəfə artım olduğu qeyd olunub.

Gəncə icra başçısı Elmar Vəliyev bildirib ki, hazırda baş vermiş fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlarla iş aparılır. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm