FHN əhaliyə xəbərdarlıq etdi
Bizi izləyin

Qırmızı.az

FHN əhaliyə xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bir neçə rayonunda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bir neçə rayonunda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Publika.az-ın məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10.06.2014 tarixində axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraiti kəskin dəyişib.

Gəncə,Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub. Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşmüş, burulğanlı hava və güclü külək olmuş, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlarinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.

Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür.

Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm