Qazaxda yaşlı kişi arvadını baltaladı, sonra da od vurdu
Bizi izləyin

Qırmızı.az

Qazaxda yaşlı kişi arvadını baltaladı, sonra da od vurdu

Ötən gün saat 11:30 radələrində Qazaxda yaşlı kişi arvadını dəhşətli şəkildə qətlə yetirib.

Qazax rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, İkinci Şıxlı kəndində yaşayan 1936-cı il təvəllüdlü Musa Musayev həyat yoldaşı 1933-cü il təvəllüdlü Gülşad Musayevanı qətlə yetirib. Kişi balta ilə arvadının başını parçalayıb. Daha sonra cinayət izini itirmək üçün qadının meyitini yandırıb.


Kişi mətbəxtdə qadının meyitinin üstünə benzin töküb və yandırıb. Yanğın zamanı evin mətbəxti tamam kül olub.


Dəhşətli vəhşiliyi törədən kişi polis tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun cinayəti övladları evdə olmayan zaman törətdiyi məlum olub.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən admaöldürmə maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm