• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qasırğanın dağıtdığı Gəncədən son FOTOLAR, VİDEO (YENİLƏNİB)

Qasırğanın dağıtdığı Gəncədən son FOTOLAR, VİDEO (YENİLƏNİB)

Gəncə rayon İcra Hakimiyyətinindən Publika.az-a verilən məlumatda bildirilib ki, hadisə nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib:

“Şəhərin 80 faizində elektrik enerjisinin verilməsində problem yaşanıb, lakin sonradan bu problem aradan qaldırılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı məlum olub. Su-kanalizasiya sistemindəki problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. Yüzlərlə 300-500 illik çinar ağacı məhv olub. Şəhərə çox böyük ziyan dəyib.

Qasırğa nəticəsində 100-ə yaxın yaşayış evinin dam örtüyü də zərər görüb, bəzilərinin zirzəmisinə su dolub, həmçinin bir neçə nəfər xəsarət alıb. Gəncə tarixində bu qədər güclü qasırğa müşahidə edilməyib. Ona görə də, ciddi təbii hadisə kimi dəyərləndirilir”.

İcra Hakimiyyətindən bildirilib ki, hazırda dəymiş zərərin hesablanması üçün komissiya yaradılıb. Yerlərdə iş aparılır. Dəymiş zərər hesablandıqdan sonra fəsadların aradan qaldırılması üçün işlər görüləcək. Prosesin bu gün günortayadək başa çatması planlaşdırılır.

Təbii fəlakətdən zərər görən Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev Publika.az-a bildirib ki, dünən axşam saatlarında rayona güclü yağış yağsa da, ciddi zərər dəyməyib, ağacların budaqları qırılıb.

O bildirib ki, hazırda rayonda vəziyyət normaldır, qaz, elektrik enerjisinin verilişində problem yoxdur.

Qeyd edək ki, hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür.

Gülxar

10:09

Leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində yüzlərlə qədim ağacı aşırıb, 700- dən çox evin dam örtüyünə zərər yetirib, şəhərin elektrik və qaz təchizatında problemlər yaranıb.

Çox sayda dayanacaq və işıq dirəkləri yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İnsan təlafatı yoxdur.

Gecəyarısına qədər şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Gecə 01:30 radələrindən sonra enerjinin verilişi və avtomobillərin hərəkəti bərpa olunub. Gəncə şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən səhərə qədər qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Hal-hazırda da bu fəaliyyət davam etdirilməkdədir.

Gecəyarısı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev KİV nümayəndələrinə fəlakətin fəsadları və görülmüş tədbirlər haqda məlumat verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR