Namusu ləkələnən 19 yaşlı qız özünü öldürmək istədi
Bizi izləyin

Qırmızı.az

Namusu ləkələnən 19 yaşlı qız özünü öldürmək istədi

Göyçay rayonunda intihara cəhd edən nişanlı qız zorlandığını iddia edib.


ANS PRESS-in məlumatına görə, kənd sakinləri bildiriblər ki, Mırtı kənd sakini 19 yaşlı B.B. yaşadığı evin həyətində özünü kəndirlə asmaq istəyiblər. Bunu görən yaxınları qıza mane olublar.


Qızı dərhal xəstəxanaya yerləşdiriblər. Məsələni araşdırarkən qız bildirib ki, qonşusu tərəfindən zorlanıb. Buna görə də, namusu ləkələnib. Lakin qorxudan heç kimə xəbər verməyib. Çıxış yolunu isə özünü öldürməkdə tapıb.


Qeyd edək ki, özünü öldürmək istən gənc qız nişanlı olub və yaxın zamanda toyu olacaqdı.


Məsələ ilə bağlı rayon Prokurorluğu ilə əlaqə saxladıq. Göyçay rayon prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, hələlik qızın zorlanması təsdiqini tapmayıb. Qız tibbi ekspertizadan keçirilib.


Ekspertizanın nəticələri yaxın günlərdə məlum olacaq. Bu zaman qızın həqiqətən də seksual zorakılığa məruz qalıb-qalmaması məlum olacaq. Qızın bədənindəki yara izləri də müayinə olunub.


Hazırda qızı zorlamaqda ittiham olunan şəxs də saxlanılaraq ifadəsi alınıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm