Azərbaycanda yeni virus təhlükəsi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni virus təhlükəsi

Azərbaycan Android əməliyyat sistemləri ilə çalışan cihazların istifadəçilərinin troyan virusuna məruz qalması ilə bağlı risk qrupuna düşən ölkələr sırasına daxil olub.

Publika.az-ın məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin yaydığı xəbərdə deyilir.


Məlumatda bildirilir ki, şirkətlərin məhsullarında aşkar olunan təhlükəli proqram bir ay əvvələ yaxın şəbəkədə peyda olub və artıq dünyanın 13 ölkəsində kompüterlərin yoluxdurulmasına 2 min dəfədən artıq cəhd edilib. Əsas zərbə Rusiya və Ukraynaya dəyib, amma daha 10-dan artıq ölkə, o cümlədən Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Kanada, Almaniya, Yunanıstan, Cənubi Koreya və Sinqapur da risk qrupuna düşüb.


Bu virusun əsas vəzifəsi smartfonun yaddaş kartının tərkibinin şifrələnməsidir. Proqram məşhur qrafik və mətn formatlarında media fayllarına və sənədlərə tuşlanıb. Zərərli proqram özünü məlumatlara girişə qayıtmaq üçün istifadəçidən pul tələb edən fırıldaqçı proqram kimi aparır.


Şifrələnmənin başlanmasından dərhal sonra proqram qadağan edilmiş məzmuna baxış üçün cihaza girişin bloka salınması barədə xəbəri ekrana çıxarır. Xəbərdə cinayətkarlar "cərimə" ödəməyi tələb edrək əks təqdirdə istifadəçinin məlumatlarını açıq mənbələrdə dərc etməklə hədələyirlər.

Şifrələyici əsasən videofaylların səsləndirilməsi bəhanəsi ilə saxta porno saytlardan yayılır. Həmçinin troyan virusunun Andriod üçün oyunlar və ya faydalı proqramlar altında maskalanması halları da qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm