Nazir yol polisində təmizləmələrə başladı; rəis müavini getdi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Nazir yol polisində təmizləmələrə başladı; rəis müavini getdi (YENİLƏNİB)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, N.Piriyev son yaş həddinə çatdığı üçün təqaüdə göndərilib.


Nazirlik KİV-lərdə onun korrupsiya qalmaqalına görə işdən çıxarılması barədə yayılan informasiyaların heç bir əsası olmadığını bəyan edib.

Gülxar

12:36

Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.


Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub.


Xəbərə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad olunub.


Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları olub. Həmin skandalda yol polisi əməkdaşları da yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm