Nazirlik peşə hazırlığı kursları təşkil edib
Bizi izləyin

Qırmızı.az

Nazirlik peşə hazırlığı kursları təşkil edib

İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkilidir.

Cari ilin yanvar-may aylarında DMX orqanları tərəfindən Bakıda, eləcə də respublikanın rayon və şəhərlərində bərbər, qaynaqçı, tikişçi, dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, qənnadçı və s. peşələr üzrə 77 peşə hazırlığı kursu təşkil edilib. Kurslardan 72-i ənənəvi, 5-i modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb.

Kurslara ümumilikdə 1409 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Onlardan 608 nəfəri DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Peşə Tədrisi Mərkəzində peşə təlimi keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm