12 müəllim təcili yardıma müraciət edib
Bizi izləyin

Qırmızı.az

12 müəllim təcili yardıma müraciət edib

Bakı şəhəri məktəblərində müəllimlərin sınaq qiymətləndirilməsi imtahanı zamanı 13 müəllimin halı pisləşib. Məktəblərdə təcili yardım briqadalarına ötən gün 12, bu gün 1 müraciət daxil olub.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, paytaxtın 12 rayonu, 29 məktəbində təşkil edilən imtahanlarda təcili yardım briqadaları daim hazır vəziyyətdədir:

“Ötən gün müraciət edənlərin 11-i qadın, 1-i isə kişi olub. Qadınlarda stress nəticəsində yüksək təzyiq müşahidə edilib. Bir nəfər qadında yüksək təzyiq nəticəsində hiportanik kriz müşahidə edilib. O, Mərdəkan rayon 26 saylı Birləşmiş Xəstəxanasına yerləşdirilib. Bir nəfər kişidə isə böyrək ağrıları olub, ona yerindəcə yardım göstərilib, imtahana davam edib”.

Z.Vahidova bildirib ki, bu gün Xətai rayonu 88 saylı məktəbdə bir nəfər müəllimənin halı pisləşib. Özü imtahandan çıxaraq təcili yardıma müraciət edib. Ona da yerindəcə yardım göstərilib.

Qeyd edək ki, mayın 10-dan başlayaraq paytaxt məktəblərində müəllimlərin sınaq qiymətləndirilməsi keçirilir. Proses ayın 13-nə kimi davam edəcək. Təcili yardım briqadaları da gün ərzində imtahan keçirilən binaların qarşısında olurlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm