Bakıda məhbus özünü asdı
Bizi izləyin

Qırmızı.az

Bakıda məhbus özünü asdı

Bakıda məhbus özünü asdı

Bu gecə saat 04:20 radələrində Bakının Sabunçu rayonunda məhbus özünü öldürməyə cəhd edib.

Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən verilən məlumata görə, hadisə Kürdəxanı təcridxanasında qeydə alınıb.

Burada saxlanılan 40 yaşlı Amin Qafarov özünü asıb.

Bunu görən nəzarətçilər dərhal onu ölümdən xilas ediblər. Məhbusa ilkin tibbi yardım göstərilib.

Məhbusun özünü öldürmək istəməsinin səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm