Avtobus sürücüləri üçün geyimlər hazırdır
Bizi izləyin

Qırmızı.az

Avtobus sürücüləri üçün geyimlər hazırdır

Şəhərdaxili sərnişin nəqliyyatında kart sistemi bütünlüklə tətbiq edildikdə avtobus sürücüləri üçün maaş sistemi tətbiq olunacaq.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, kart sisteminin tətbiqi yekunlaşandan sonra sahibkarla sürücü müqavilə bağlayacaq.

“Hazırda sahibkar iddia edir ki., bankdan pul götürüb avtobus almışam, sən axşam mənim planımı gətirməlisən. Sürücü də həm planı yığmaq, həm də balalarına çörək pulu qazanmaq üçün qaç-qovda olur. Nəticədə sürət həddini aşır və arzuolunmaz hadisələr baş verir. Kart sistemində isə artıq sürücü nəğd pul almadığından və əməkhaqqı aldığından öz qrafikinə uyğun hərəkət edəcək. Ancaq kart sisteminə keçdikdən sonra sürücü sərnişinləri kart gözü ilə görəcək. Belə olduğu təqdirdə isə daha çox sərnişin mindirməyəcək və qrafikə uyğun işləyəcək. Sürücü yavaş da sürsə, tez də sürsə, eyni maaşı alacaq”.

O əlavə edib ki, sürət həddini aşan sürücülərə qarşı Dövlət Yol Polisi də, Dövlət Avtomobil Nəqliyyat Xidməti, eyni zamanda, “Bakı Sərnişin Nəqliyyatı” MMC də reydlər keçirir:

“Bunun kifayət qədər təsiri var. Reydlər zamanı aşkar olunan nöqsanlara rast gəlinir və onlar aradan qaldırılır. Düzdür, əvvəlki kimi çox olmasa da, yenə də belə sürücülər var. Amma sürücünün də məsuliyyəti olmalıdır. Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olmağa başlayanda 210 daşıyıcı var idi, onların böyük əksəriyyəti ixtisar olunub, təxminən 33 daşıyıcı qalıb. Bu o deməkdir ki, qaydaları pozan sahibkarların marşrutları əllərindən alınıb, başqalarına verilir və bu davam edəcək”.

Avtobus sürücülərinin vahid geyim formasına toxunan N. Həsənov bildirib ki, artıq vahid geyim forması hazırdır.

Geyimlərdə iki rəngdən istifadə olunacağını deyən nazirlik sözçüsü bildirib ki, bu il ərzində bütün avtobuslarda vahid geyim forması tətbiq olunacaq.

Bu barədə yaxın vaxtlarda məlumat veriləcək.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm