• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Son 3 ildə qadınlara qarşı 16 mindən çox cinayət törədilib

Son 3 ildə qadınlara qarşı 16 mindən çox cinayət  törədilib

Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 2011-ci il yanvarın 1-dən 2013-cü il noyabrın 30-na kimi Azərbaycanda qadınlara qarşı 16 253 cinayət hadisəsi törədilib. Bu cinayətlərin 9140-ı qadınlara qarşı zorakılıqla bağlı olub.

Trend-in BMT-nin İnsan Hüquqları Ali Komissarlığının saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Rəşidə Manjunun Azərbaycana ötən il 26 noyabr - 5 dekabrda etdiyi səfərinin yekunlarına dair ilkin hesabatında açıqlanıb.

Hesabatda qeyd edilib ki, 2011-ci ildə Azərbaycanda 87, 2012-ci ildə isə 105 qadın intihara cəhd edib. Fiziki və seksual zorakılığa məruz qalan qadınların 18 faizi intihar, 8 faizi isə intihara cəhd düşüncəsi ilə yaşayır. Zorakılığa məruz qalan qadınların 61 faizi bu barədə heç kimə məlumat vermir.

Rəşidə Manju Daxili İşlər Nazirliyinin verdiyi məlumatlara istinadən öz hesabatında bildirib ki, 2011-ci il yanvarın 1-dən 2013-cü il yanvarın 30-na kimi qadın alveri ilə bağlı 704 hadisə qeydə alınıb.

Azərbaycandakı yeganə qadın həbsxanasında 370 qadın məhkum var. Onların 87-nin himayəsində yetkinlik yaşına çatmayan uşaqlar var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR