Qasırğa sonrası Gəncə- Rəsmi məlumat – FOTO, VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Qasırğa sonrası Gəncə- Rəsmi məlumat – FOTO, VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Gəncə və Daşkəsəndə baş vermiş təbii fəlakətlə bağlı növbəti məlumat yayıb.

Publika.az Nazirliyin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri və Daşkəsən rayonunda iyunun 10-da gecə saatlarında başlamış güclü yağış və dolu düşməsinin yaratdığı fəsadların nəticələri aradan qaldırılır.

FHN-nin canlı qüvvə və texnikalarının intensiv şəkildə həyata keçirdikləri tədbirlər nəticəsində təbii fəlakət bölgəsində infrastruktur, habelə elektrik enerjisi və təbii qaz verilişi tam bərpa olunub. Gəncə şəhəri və Daşkəsən rayonu Fövqəladə Hallar komissiyaları müvafiq strukturlarla birgə dəymiş ziyanı müəyyənləşdirir.

15:36

Ötən gün baş verən qasırğa nəticəsində Gəncə şəhərinə dəymiş ziyanın hesablanması üçün Bakıdan xüsusi komissiya gəlib. Zərərin hesablanması üçün yerli komissiya ilə birlikdə iş aparılır. Prosesin yekunlaşması üçün vaxt lazımdır.

Bu barədə Publika.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, icra başçısı Elmar Vəliyev hər saatbaşı 40-50 nəfəri qruplar halında qəbul edir. Bütün müraciətlər yerində araşdırılıb, aktaşdırılır.

Dünən gecə saat 1-ə qədər 700-ə yaxın, bu gün ərzində 300-400 müraciət olub.

“Avtomobil yolları tamamilə açılıb, su basmış evlər təmizlənib. Mindən çox evi su basıb, artıq onlar sudan təmizlənib. 800-dən çox binanın dam örtüyü tamamilə və ya qismən zədələnib. Bunların aradan qaldırılması üçün işlər görülüb. ən azı mərkəzi hissədə dağıntılar aradan qaldırılır. Xəsarət alanlar yardım göstərilərək evə buraxılıblar”.

Məlumatda bildirilir ki, mindən çox ağac qırılıb, 300-dən çox yaşı 500-dən çox olan ağaca ziyan dəyib. Əyilən ağaclar bərpa edilib.

Yenidən yağış və dolu müşahidə olunacağı halda dam örtüyü uçmuş evlərin zərər görməməsi üçün işlər görülür:

“Ciddi fəsad yarana biləcək binaların damına sellofan və ya su keçirməyən digər materiallarla örtüləcək. Fəsadlar tam müəyyən edildikdən sonra binalar tam təmir ediləcək”.

Xatırladaq ki, ötən gecə saatlarında Gəncədə baş verən güclü külək nəticəsində evlərə, elektrik, qaz və su xətlərinə ciddi zərər dəyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm