Bakıda parkinqə nəzarət icra hakimiyyətlərinə verilir
Bizi izləyin

Qırmızı.az

Bakıda parkinqə nəzarət icra hakimiyyətlərinə verilir

Bakıda avtomobillərin park edilməsi məsələsi tamamilə paytaxtın İcra Hakimiyyətinin nəzarəti altına keçə bilər. Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda parkinqlərin fəaliyyətinin tənzimlənməsi mexanizmi hazırlanır. "Və ola bilsin ki, avtomobillərin park edilməsi ilə bağlı məsələ tam şəkildə paytaxtın İcra Hakimiyyəti orqanlarının nəzarəti altına keçsin".

Hazırda Bakıda ictimai parklanma yerlərinin bir hissəsi Nəqliyyat Nazirliyinin, digər hissəsi isə İcra Hakimiyyətinin nəzarəti altındadır.

Tıxacların qarşısının alınması və avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün son vaxtlar Bakıda bir sıra parklanma yerləri tikilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm