• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Günahkar Nazim İmanovdu...”

“Günahkar Nazim İmanovdu...”

“Alimin çap olunan məqalədən xəbəri yoxdursa və bu yazı həmin alimə düşmən olan bir nəfərin qəzetində çap olunursa, alim üçün nə problem ola bilər? Mənim bu məqalədən xəbərim yoxdur. Saxta işi saxta yolla mənim adıma yazıblar”.

Bunu virtualaz.org saytına açıqlamasında plagiat məqalə çap etdirməkdə ittiham olunan AMEA İqtisadiyyat İnstitutunun professoru Ağadadaş Qafarov deyib.

İşdən çıxarılmasından xəbərsiz olduğunu deyən professor hazırda müalicə olunduğunu və bu məsələni geniş şəkildə araşdıracağını söylədi: “İyunun 9-da saat 2-də iclas oldu. Həmin iclasda bu məsələlər müzakirə olundu. İqtisadiyyat İnstitutunun yeni direktoru Nazim İmanov iclasda mənim öz xahişimlə ərizə yazmağımı istədi. Yazmayacağım təqdirdə haqqımda ciddi tədbir görüləcəyini dedi. Nazim İmanov dedi ki, “indi buradan çıx və 15 dəqiqə ərzində ərizə yaz, sən getməlisən, yoxsa mən gedəcəm”. Mən isə günahım olmadığı üçün heç bir ərizə yazmayacağımı söylədim. Həmin iclasda vəziyyətim pisləşdi. Təcili tibbi yardım çağırıldı. Vəziyyətim indi də ağırdır”.

Ağadadaş Qafarov plagiat məqaləni özünə qarşı kampaniyanın bir hissəsi kimi qiymətləndirdi. Professor məqalənin çap olunduğu “İqtisadiyyat” qəzetinin rəhbəri Ziyad Səmədzadə və professor Şahbaz Muradovla arasında olan gərgin münasibətlərdən də danışdı: “Şəmsəddin Hacıyev (İqtisad Universitetinin keçmiş rektoru-red.) məni İqtisad Universitetinə işə götürmək istəyirdi. Həmin vaxt Bədirxan Musayevlə (İqtisad Universitetinin professoru-red.) Şəmsəddin Hacıyev arasında düşmənçilik oldu. Şəmsəddin Hacıyev mənə dedi ki, “mən səni işə götürmək istəyirəm, amma Bədirxan Musayev deyir ki, onu işə götürsən, dünyanı dağıdıram”. Buna baxmayaraq Şəmsəddin Hacıyev məni İqtisad Universitetində işə götürdü. Sonradan Nazim İmanov gəldi, AMEA prezidenti Akif Əlizadənin iştirakı ilə görüş oldu. İclası Akif Əlizadə aparırdı. Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli də iclasda iştirak edirdi.

Mən həmişə demişəm ki, nə qədər ki Şahbaz Muradov bu universitetdə işləyir, bu universitetdə poroblemlər olacaq. Bu adam Vəzirov gələndə onun yanında, Mütəllibov gələndə onun yanında, Heydər Əliyev gələndə isə onun yanında olub. Mən Şahbaz Muradov haqda fikirlərimi iclaslarda da demişəm. Şahbaz Muradov və onun ətrafında olanlar mənə qarşı kampaniya apardı. Mənimlə bağlı baş verənlərtin də hamısı Ziyad Səmədzadə ilə Nazim İmanovun işləridir.

Ziyad Səmədzadə ilə mənim çox ciddi konfliktim olub. Mən 1995-ci Fatma Abdullazadənin (hazırda Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiridir-red.) vəkili olmuşam. O zaman parlament seçkilərində Ziyad Səmədzadə Fatma xanıma rəqib idi. Mən Ziyad Səmədzadəyə faktlara əsaslanaraq seçici və vəkil kimi 3 sual verdim. Ən ağır ittihamlı sualım 1982-ci ildə Aqanbekyanın 50 illiyinin Bakıda keçirilməsi ilə bağlı idi. Bu yubileyi Ziyad Səmədzadə təşkil etmişdi. Həmin Aqanbekyan Azərbayacan-erməni məsələsi ilə bağlı Fransadakı çıxışı ilə yadda qalmışdı. Uzun zaman sonra Ziyad Səmədzadə ilə görüşümüz olub. O, mənə dedi ki, səni bir alim kimi tanıyıram, hörmət edirəm, yəni köhnə məsələləri unudaq. Mənim Ziyad Səmədzadənin qəzetində 10 ildir yazım getmir. Sonradan necə olur ki, həmin qəzetdə yazım çıxır?! Ancaq mənim bundan xəbərim yoxdur. Mənim AMEA-nın Elmi Şurasından uzaqlaşdırıldığım iclasda Ziyad Səmədzadə Elmi Şuraya üzv seçildi”.

Profesor ona qarşı irəli sürülən ittihamlara görə yeni təyin olunan direktor Nazim İmanovun da məsuliyyət daşıdığını bildirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR