Naxçıvanla bağlı yayılan xəbərlər şayiədir
Bizi izləyin

Qırmızı.az

Naxçıvanla bağlı yayılan xəbərlər şayiədir

Naxçıvanla bağlı yayılan xəbərlər şayiədir

Culfa rayonunun Ləkətağ kəndindən gəlirəm. Kəndə hər şey öz qaydasındadır. Kənd sakinləri ilə xeyli söhbət etdik. İndiyə kimi bir güllə səsi belə eşidən olmayıb. Bu barədə sosial şəbəkədə "Şərq qapısı" qəzetinin Baş redaktoru Tural Səfərov yazıb:

"Şərq qapısı" qəzetinin əməkdaşı Kərəm Həsənov o kənddəndir. Atasının yas mərasiminə getmişdik. Kərəm müəllim üç gündür ki kənddədir.Deyir, burda heç bir problem yoxdur. Mərasimdə kənd camaatı ilə söhbətləşdik. Dedilər ki, belə dezinformasiyalar erməni dəyirmanına su tökməkdir. Kənd sakini Sabir kişi dedi ki, biz heç 90-cı illərin əvvəllərində ağır döyüşlər gedəndə kəndi tərk etmədik. İndi bizdən öndə güclü ordumuz dayanıb. Biz ordumuza arxalanırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm