Güclü külək İsmayıllıda yanğına səbəb oldu
Bizi izləyin

Qırmızı.az

Güclü külək İsmayıllıda yanğına səbəb oldu

Ötən gecə baş verən külək nəticəsində İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.

Rayon İcra Hakimiyyətinin Fövəladə Hallar üzrə Komissiyasının sədri Rövşən Ağayevin Publika.az-a verdiyi məlumata görə, yanğın nəticəsində xəsarət alan olmasa da, sahibkarlara zərər dəyib:

“Hadisə şəhərin Axundov küçəsində sahəsi 110 kv.m olan üç sahibkara məxsus mağazada yanğın baş verib. Hadisənin dəqiq səbəbi bəlli deyil. Hadisə nəticəsində 60 kvadrat metr sahə içindəki mallarla birlikdə yanıb. Hadisə zamanı sahibkar Əziz Əzizov, Elxan Əsgərov və Namiq Ətaiyə məxsus qarışıq mallar mağazaları yanıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb”.

Hazırda yanğın səbəbləri araşdırılır, sahibkarlara dəymiş ziyan müəyyən edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm