Nazirlikdən çəkic oğrularına xəbərdarlıq – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən çəkic oğrularına xəbərdarlıq – FOTOLAR

"Avtobuslarda fövqəladə hal üçün şüşə sındıran çəkiclərin böyük əksəriyyəti sərnişinlər tərəfindən oğurlanır". Bunu Publika.az-a Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

O bildirib ki, bununla bağlı reydlər aparılıb. Məlum olub ki, hətta məktəbli uşaqlar da həmin çəkicləri oğurlayır. Ona görə də, çəkiclər qoyulmur.

“Avtobusda hər hansı xoşagəlməz hadisənin baş verəcəyini nəzərə alaraq, həmin şüşə sındıran çəkiclər sürücülərə verilib ki, ehtiyat üçün saxlasınlar”,– deyə N. Həsənov qeyd edib.

Nazirlik sözçüsü əhaliyə müraciət edərək bildirib ki, bu çəkiclər insanların təhlükəsizliyi üçündür.

“Şüşə sındıran çəkicləri götürüb öz evlərində istifadə edənlər düşünsünlər ki, qəza zamanı çəkic olmazsa, nələr baş verə bilər. Biz çox xahiş edirik ki, belə hallara yol verməsinlər”.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm