• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qasırğa ilə gələn bahalaşma

Qasırğa ilə gələn bahalaşma

Ötən gün bölgələrdə baş vermiş təbii fəlakətdən kənd təsərrüfatı sahələri də zərər çəkib.

Bəs bu cür hava şəraiti meyvə, tərəvəz və taxıl sahələrinə necə təsir edib? Bu, məhsul qıtlığına və bahalaşmaya səbəb ola bilərmi?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Publika.az-a açıqlamasında Tərtər və Bərdə rayonlarına yağan güclü leysan nəticəsində taxıl sahələrinin yatdığını bildirib. Onun sözlərinə görə, fermerlər taxılı vaxtında biçməsələr, itki ola bilər.

“Bu həftənin cümə günü Tərtərdə taxılçılığa həsr edilmiş müşavirə keçirməyi planlaşdırmışıq. Həmin müşavirədə fermerlərə taxılı qısa müddətdə itkisiz yığmaq barədə məsləhətlər veriləcək. Mütəxəssislər, alimlər və fermerlərin iştirakı ilə keçiriləcək tədbirdə yeni texnologiyalardan istifadəsinə baxış keçiriləcək”.

Nazirlik rəsmisi bəzi konbaynçıların də yatmış taxılı yığmaqdan imtina etməsi, buna görə də nazirlik tərəfindən fermerlərə yığım zamanı dəstək göstərilməsi məsələsinə də münasibət bildirib.

Onun sözlərinə görə, hazırda istifadə olunan kombaynlar müasir tələblərə cavab verir. Yatmış taxılın yığılmasında problem yaranmır.

Meyvəçiliyə gəldikdə, M.Hacıyev həmin sahədə ciddi problem olmadığını deyib:

“Artıq meyvələrin yetişmə dövrüdür, yağış, dolu onlara ciddi təsir etmir. Meyvəçilik bölgəsində dolu düşməyib. Kartofun yığılan dövrü olduğundan, hava şəraiti kartofçuluğa da təsir etməyəcək”.

Nazirlik rəsmisi bildirib ki, hava şəraiti məhsul qıtlığa səbəb olmayacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR