Bərdə korpusunun komandiri cəbhədəki insidentlərdən DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Bərdə korpusunun komandiri cəbhədəki insidentlərdən DANIŞDI - ÖZƏL

Bərdə korpusunun komandiri cəbhədəki insidentlərdən DANIŞDI - ÖZƏL

Azərbaycanın Müdafiə Nazirliyinin Bərdə Ordu Birləşməsinin (Birinci Ordu Birləşməsi) komandiri, general-mayor Nizam Osmanov son günlər düşmənlə təmas xəttində baş verən insidentlərə qısa münasibət bildirib.

General-mayor N.Osmanov Publika.az-a açıqlamasında deyib:

“Cəbhə xəttində gərginlik hər zaman olur. Bizdə də hər zaman olduğu kimi gərginlik qalır”.

Korpus komandiri N.Osmanov düşmənin istənilən təxribatına layiqli cavab verməyə hər an hazır olduqlarını bəyan edib.

Xatırladaq ki, son günlər Ermənistan ordusunun hərbçiləri işğal etdikləri Azərbaycan ərazilərindən atəşkəsi pozmaqda davam edir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri isə düşmənin bütün təxribatlarına layiqli cavab verir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm