“Avtobus sürücüləri qaçıb gizləniblər”
Bizi izləyin

Qırmızı.az

“Avtobus sürücüləri qaçıb gizləniblər”

Xəbər verildiyi kimi, paytaxt ərazisində son vaxtlar avtobuslar arasında baş verən yol- qəza hadisələrinin artdığını nəzərə alaraq, paytaxtın bütün küçə və prospektlərində avtobus sürücülərinə qarşı reydlərə start verilib.

Xəbər verildiyi kimi, paytaxt ərazisində son vaxtlar avtobuslar arasında baş verən yol- qəza hadisələrinin artdığını nəzərə alaraq, paytaxtın bütün küçə və prospektlərində avtobus sürücülərinə qarşı reydlərə start verilib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, reydlərlə bağlı xəbər KİV-də yayılan kimi sürücülük vəsiqələri olmayan sürücülər avtobuslarını və özlərini gizlətməyə nail olublar:

“Dünən və bu gün keçirdiyimiz reydlər bunu deməyə imkan verir. Paytaxtətrafı qəsəbə və kəndlərə sərnişin daşıyan, vəsiqəsi olmayan sürücülər artıq reysə çıxmayıblar. Şahidi olduq ki, 1 dəqiqə intervalla işləyən avtobuslarda sürücü çatışmazlığı yaşanır və sərnişinlər mənzilbaşına gecikir”.

V.Əsədov qeyd edir ki, bütün bunlara baxmayaraq, lazımi tədbirlər həyata keçiriləcək:

“Fikirləşməsinlər ki, birgünlük gizlənməklə məsuliyyətdən qaça biləcəklər. Kimliyindən asılı olmayaraq, sərnişindaşımada xəta törədən şəxs qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunacaq. Hər birimizin məqsədi sərnişinlərin ünvanlarına təhlükəsiz şəkildə çatmasını təmin etməkdir ”. /Aktual.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm