Tərtərdə evləri su basdı
Bizi izləyin

Qırmızı.az

Tərtərdə evləri su basdı

Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları bir neçə kəndlərdə problemlər yaradıb.

Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları bir neçə kəndlərdə problemlər yaradıb.

Havanın kəskin dəyişməsi Tərtərdən də yan keçməyib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər və Sarov kəndlərində bir neçə evin zirzəmisinə dolub.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi müvafiq xilasetmə qüvvələri və texnikası ilə yağıntının fəsadlarını aradan qaldırmaq üçün əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm