Bakıda avtobus qəzaya uğradı, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobus qəzaya uğradı, yaralılar var

Bakıda sərnişin avtobusu və daha 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Böyükşor şösesidə qeydə alınan hadisə zamanı ilk öncə “Hyundai” və “Mercedes” maraklı iki minik avtomobili toqquşub. Maşınların yolun hərəkət hissəsinin mərkəzində dayanması sonradan 5 maşının iştirakçısı olduğu digər qəzaya səbəb olub. Belə ki, 148 saylı xətt ürə hərəkət edən “IVECO” markalı sərnişin avtobusu ilk öncə “Opel” maraklı minik maşının vurub. “Opel” öz növbəsində “VAZ 2107”-yə və “Audi” maraklı digər maşınlara çırpılıb.

Zərncirvari qəzanın iştirakçısı olan “Auidi” öz növbəsində qarşıda hərəkət edən “Hyundai” maraklı başqa bir maşına dəyib. Avtobus isə “Mercedes” maraklı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra dayanıb.

Hadisə zamanı avtobus metronun Koroğlu stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan sərnişinlər arasında xəsarət alanlar da olub.

Hadisə vaxtı yaralanan sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına aprılıb. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.

Qəza Sabunçu dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb oldu. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa olundu.

Hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün avtobusun eləcə də avtomaşın sahibləri ifadələrinin alınması üçün polis orqanına aprıldı. Qəza ilə bağlı sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm