Qırmızı.az
Naxçıvandakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
İyunun 11-də Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol qəzası nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, iyunun 11-də axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi avtomobil "Lifan" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "Lifan"da olan 5 nəfər - Şərur rayonu Yaylı kənd sakinləri Əliyeva Kübra Əli qızı, Əliyeva Ümid Mahir oğlu, Əliyev Uğur Mahir oğlu, Hüseynov Hüseyn İftixar oğlu, Hüseynova Güllü İfitixar qızı hadisə yerindəcə ölüblər.
Qeyd edək ki, Hüseynova Güllü İftixar qızının cəmi 8 yaşı varmış.
Digər 2 nəfər - sürücü Fətəliyev Elmar Məmmədəli oğlu və Şirinova Xəyalə isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
KamAZ-ın sürücüsü Müdafiə Nazirlyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Şirinov Elşən Salamullah oğlu yüngül xəsarət alıb, sərnişini, Müdafiə Nazirlyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu çavuş Həsənov Urfan yüngül şok keçirib. Yaralı hərbçi Şirinov Elşən Salamullah oğlu hospitala yerləşdirilib.
Hərbi avtomobilin iştirakı ilə yol qəzasının baş verməsini və bu zaman iki hərbi qulluqçudan birinin yüngül xəsarət alması faktını Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR