• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Moskvada gürcü “qanuni oğru” həbs edildi

Moskvada gürcü “qanuni oğru” həbs edildi

Rusiyanın hüquq-mühafizə orqanları Moskvada gürcü avtoriteti həbs ediblər.

Publika.az Crimerussia.ru saytına istinadən xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanlarına Moskvada növbəti oğru “sxodka”sının keçirilməsi barədə operativ məlumat daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində toplantıda iştirak edən 6 avtoritet həbs olunub.

Xüsusi təyinatlı polis dəstəsi “SOBR” toplantı iştirakçılarını həbs edənədək avtoritetlər müxtəlif məsələlər – pul köçürmələri, ərazilərin klanlararası bölüşdürülməsi və s. barədə müzakirə aparırmışlar.

Saxlananlar arasında Gürcüstan vətəndaşı, 43 yaşlı “qanuni oğru” Mamuka Qalski də olub. Bir müddət əvvəl Rusiyanın Ədliyyə Nazirliyi onun ölkə ərazisinə girməsini arzuolunmaz saymışdı. Odur ki, gürcü avtoritet Moskvadakı toplantıya saxta sənədlərlə gəlib. Hazırda onun barəsində əməliyyat-istintaq tədbirləri keçirilir. Qalski Rusiya ərazisində bir sıra ağır cinayətlər törətməkdə şübhəli bilinir.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR