Dolu Daşkəsəni bu günə qoydu - VİDEO
Bizi izləyin

Qırmızı.az

Dolu Daşkəsəni bu günə qoydu - VİDEO

İyunun 10-da, saat 21-30 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşayiət olunan leysan yağışlarının nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəyib.

Bu barədə Publika.az-a Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat verilib. İlkin məlumata əsasən, ziyan daha çox rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Mədənçilər, Alunitdağ və Daşkəsən şəhər ərazilərində baş verib.

Baş vermiş təbii fəlakətin vurduğu ziyanın miqdarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədilə Rayon Fövqəladə Hallar komissiyası və aidiyyəti üzrə qurumlar tərəfindən işlər aparılır.

Dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına aidiyyəti üzrə müvafiq tədbirlər görülür.Təbii fəlakətlə əlaqədar dəymiş ziyanlar barədə yaşayış məntəqələrindən əlavə məlumatlar daxil olmaqdadır.

Yuxarıda göstərilənlər barədə respublikanın aidiyyəti üzrə qurumlarına məlumat verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm