22 yaşlı gənci ildırım vurdu (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

22 yaşlı gənci ildırım vurdu (YENİLƏNİB)

Ağdaş rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, dünən təbiət hadisəsi nəticəsində həlak olan 1992-ci il təvəllüdlü Huseynov Mənsur İbrahim oğlu dəfn edilib.

Rayon prokurorunun köməkçisi Emil Qurbanovun sözlərinə görə, rayon ərazisində ildırım vurması ilə nəticələnən ölüm hallarına son 3 ildə ilk dəfə idi ki, rast gəlinib:

“Hadisə dünən saat 8 radələrində rayonun Qaradeyin kəndi ərazisində baş verib. Bizə daxil olan məlumata görə, mərhum at belində kəndin çöllüyündə sürüdən ayrı düşmüş quzunu gətirirmiş. İldırım nəticəsində oğlan sol ürək nahiyəsindən yaralanıb və yerindəcə keçinib. Həmçinin at və quzunun da bir-birindən aralı vəziyyətdə ölmüş cəsədi tapılıb. Təbii ki, təbiət hadisəsidir. Amma faktla bağlı araşdırmalar aparılır.”

Səid

11:43

Ağdaşda dəhşətli hadisə baş verib. Rayonun Qaradeyin kənd sakini, 1992-ci il təvəllüdlü Mənsur Hüseynov ildırım vurması nəticəsində ölüb.


EL TV xəbər verir ki, hadisə ötən gün saat 20:30 radələrində baş verib. Həmin vaxt sahədə qoyun otaran Mənsur Hüseynov at belində telefonla danışırmış.


Hadisə zamanı 1 at, 1 quzu da tələf olub. İldırım vuran 2 inək isə hələlik sağdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm