Kərkük türkmənləri Azərbaycandan kömək istədi – Özəl
Bizi izləyin

Qırmızı.az

Kərkük türkmənləri Azərbaycandan kömək istədi – Özəl

Kərkük türkmənləri Azərbaycandan kömək istədi - Özəl

Kərkük türkmənləri Türkiyə və Azərbaycandan kömək istəyir.

İraq Kərkük Dərnəyinin başqanı Şəmsəddin Küzeci Publika.az-a özəl açıqlamasında durumun qarışıq olduğunu, Mosulun yarısını işğal edən İŞİD-in Kərkükü də təhdid altında saxladığını bildirib: “İraqda fövqəladə vəziyyət elan edildi. Baş verənlər türkmənlərin əldə saxladıqları kiçik azadlıqlarının da əlindən alınmasına səbəb ola bilər. Kərkük tamamilə kürdlərin idarəsinə verilsə, vəziyyət pis olacaq.

Hazırda Türkiyə öz vətəndaşlarının da girov götürülməsi səbəbinə görə, bölgədəki hadisələri yaxından izləyir. Biz Azərbaycandan da dəstək istəyirik. Nəticədə kökümüz eynidir. Bu baxımdan, Azərbaycandan olaya müdaxilə etməsini gözləyirik”.

Dərnək başqanı türkmənlərin adından Azərbaycanı problemi beynəlxalq təşkilatlarda qaldırmağa çağırıb.

“Hazırda Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik Azərbaycandadır. Biz qardaşlarımızdan hamımızın olan bu problemi beynəlxalq ictimaiyyətə çatdırmağı gözləyirik”,– deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm