Qırmızı.az
Nazir: Dərsliklərin hazırlanmasında köklü dəyişikliklərə ehtiyac var
Azərbaycanda dərsliklərin hazırlanmasında köklü dəyişikliklərə ehtiyac duyulur.
Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin yekunlarına həsr olunan tədbirdə deyib.
Nazir qeyd edib ki, hazırda hər hansı bir dərsliyin hazırlanması
üçün keçirilən tenderə müraciət edən iddiaçı müəlliflərdən birinin
layihəsi keyfiyyət qane etməsə belə, qəbul edilməlidir:
"Məsələn, VII sinif üçün "İngilis dili" dərsliyi hazırlanır. Müəllif iddiasında olan hər kəs öz dərsliyini təqdim edə bilər. Əgər bunun üçün 3 müəllif qrupu müxtəlif dərsliyi təqdim edibsə, biz onlardan birini seçmək məcburiyyətindəyik. Hətta onlardan heç birinin dərsliyi bizim tələblərimizə cavab verməsə və gözləntilərimizi doğrultmasa belə, 3 dərslikdən birini seçməliyik. Seçmədiyimiz təqdirdə sentyabrın 15-də "İngilis dili" dərsliyi olmayacaq".
M.Cabbarov əlavə edib ki, artıq bu sistem optimallaşdırılmalı və
təkmilləşdirilməlidir. Dərsliyin keyfiyyətinin yuxarı həddi yalnız
tender prosesində iştirak edən müəlliflər tərəfindən
məhdudlaşmamalıdır: "Bir sıra fənlər üzrə dərsliyin hazırlanması
ilə bağlı cəmi 1 və ya 2 təklif alırıq. Ona görə də hər zaman
dərslik müəlliflərinin sayının artırılması və keyfiyyətə yönəlmiş
işlərdən danışırıq".
M.Cabbarov qeyd edib ki, yaxın müddətdə - yeni tədris ili
başlamadan öncə növbəti illər üçün dərsliklərlə bağlı qəbul
ediləcək qərarlar barədə ictimaiyyət məlumatlandırılacaq.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı