Naxçıvanda Azərbaycan ordusunun şəhid verdiyi xəbəri yayıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda Azərbaycan ordusunun şəhid verdiyi xəbəri yayıldı - FOTOLAR

Naxçıvanda Azərbaycan ordusunun şəhid verdiyi xəbəri yayıldı - FOTOLAR

Erməni hərbçiləri Naxçıvan Muxtar Respublikasının (MR) 4 rayonu ərazisindən atəşkəs rejimini pozublar.

Bu barədə Publika.az-a “Azadlıq” radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibova məlumat verib.

İndiyədək Naxçıvan MR-da atəşkəs rejiminin sabit olduğunu xatırladan M.Nəsibova deyib ki, iyunun 10-dan başlayaraq erməni hərbçiləri Muxtar Respublikanın Culfa, Ordubad, Sədərək və Şahbuz əraziləri istiqamətindən əhaliyə avtomat və pulemyotlarlarla atəş açmağa başlayıblar:

“Yerli sakinlərdən aldığım məlumata görə, ötən gün Culfanın Ləkədağ ərazisində bir neçə saat atışma olub. Erməni hərbçiləri bizim tərəfə atəş açıblar. Hətta 1 nəfər azərbaycanlı, 1 nəfər isə erməni hərbçinin öldüyü deyilir.

Ötən gün Azərbaycan ordusunun 3 hərbi helikopteri havaya qaldırılıb və səmada dövrə vurub. Hərbi helikopterləri şəhərin özündən də görmək olurdu. Yalnız bundan sonra erməni hərbçilər atəşi dayandırıblar.

Mən bu gün ərzində həmin əraziyə baş çəkəcəm, yerli sakinlərlə də maraqlanacam”.

Xatırladaq ki, iyunun 5-də Ermənistan ordusunu Naxçıvan istiqamətində iki əsgərini itirib. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm