Dənizdə 7 nəfər boğuldu
Bizi izləyin

Qırmızı.az

Dənizdə 7 nəfər boğuldu

Mövsüm başlayandan 8 nəfərin suda boğulması ilə bağlı təcili yardıma müraciət edilib. Onların 7-si ölümlə nəticələnib. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

“Boğulanların hamısı kişidir. 2 nəfər 14 yaşlı uşaqdır, onun birinin həyatını xilas etmək mümkün olub. Boğulmalar, əsasən, Mərdəkan və Şüvəlan çimərliklərində baş verib”.

BŞTTTYS-dan bildirilib ki, mövsüm başlayandan 13 ilanvurma hadisəsi qeydə alınıb. Onların 5-i kişi, 8-i qadın olub. 16 nəfər həşarat sancması qeydə alınıb, onların 10-u kişi, 6-sı qadın, 5-i uşaq olub. Nə ilan, nə də həşərat sancmalarında ölüm qeydə alınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm