• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Homoseksual gəncin qəbrini dağıtdılar?

Homoseksual gəncin qəbrini dağıtdılar?

Yanvarın 22-də intihar edən gənc homoseksual İsa Şahmarlının məzarının dağıdıldığı barədə məlumat yayılıb. Xəbərin düzgünlüyünü yoxlamaq üçün, ANS-in əməkdaşı hadisə yerinə yollanıb.

ANS PRESS-in məlumatına görə, ANS kanalının əməkdaşı Gülnar Orucovanı İsa Şahmarlının dəfn olunduğu Binə qəsəbəsindəki qəbristanlıqda bir neçə nəfər qarşılayıb. Özünü Emil, İsanın əmisi kimi təqdim edən şəxs ANS-in əməkdaşlarının çəkiliş aparmalarına mane olmağa çalışıb.

Sonradan çəkilişə şərait tapan müxbirlər, qəbirin üzərindəki cinsi azlıqlara məxsus bayrağın və güllərin götürüldüyün şahidi olub. Qəbirin üstündə ayaq izləri də olub. Lakin qəbir dağıdılmayıb. Qəbristanlıqdakı mollaların dediklərinə görə, məzarı tez-tez ziyarət edirlər.

Qeyd edək ki, yanvarın 22-də Azad LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib. Özünü asan İsa Şahmarlı xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib.

İsa Şahmarlı intihar etmədən öncə Facebook hesabında dostları ilə vidalaşıb:

“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.

Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR