Məktəbəqədər təhsil müəssisələri tələbatın yalnız 20 faizini ödəyir
Bizi izləyin

Qırmızı.az

Məktəbəqədər təhsil müəssisələri tələbatın yalnız 20 faizini ödəyir

Hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin uşaqlar arasında əhatə dairəsi ümumi tələbatın yalnız 20 faizə qədərini ödəyir. Trend xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, 2014-cü ilin yanvarından Vergi Məcəlləsində ciddi dəyişikliklər edilib və bu sahədə yeni mexanizmlər tətbiq olunub. Bu, məktəbəqədər təhsil sahəsinin əhatə dairəsinin mümkün qədər genişlənməsinə imkan verəcək.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alanlar üçün təyinatların bərpası nəzərdə tutulmayıb.

Nazir hesab edir ki, təyinat sistemi istənilən sahədə tətbiq oluna bilməz. Bu, sosial-iqtisadi konteksdən asılı olan məsələdir.

M.Cabbarov əlavə edib ki, mərkəzləşdirilmiş və planlı yanaşma olduğu təqdirdə təyinatlar həyata keçirilə bilər: "XXI əsrdə Azərbaycanda gəncləri özlərinin seçdiyi deyil, təyinatla dövlətin seçdiyi rayonda, şəhərdə fəaliyyət göstərməyə göndərə bilmərik. Gəncləri regionlarda işləməyə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər görülür. Bu tədbirlərin təyinatdan fərqi odur ki, onlar könüllü şəkildə verilən qərarın nəticəsidir. Qərar Təhsil Nazirliyi tərəfindən dəstəklənir və nazirlik tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm